Elşad İskəndərov BMT Sivilizasiyalar Alyansının görüşündə iştirak edib

elsad-iskenderov-bmt-sivilizasiyalar-alyansinin-gorusunde-istirak-edib
Oxunma sayı: 918


DQİDK-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş İndoneziyada bu ilin avqustunda keçiriləcək Sivilizasiyalar Alyansının Qlobal Forumunun gündəliyinin tərəfdaş ölkələriylə müzakirə məqsədilə keçirilir. 

Dünən E. İskəndərov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nüməyəndəsi Nasser Əbüdələziz Əl-Nassirlə görüş keçirib. Yüzdən artıq dövlət və beynəlxalq təşkilatın iştirak etdiyi və dünən başlamış görüşün iclasında çıxış edən Dövlət Komitəsinin sədri Azərbaycanda mədəniyyətlərarası dialoq və dini tolerantlığın əsrlərlə formalaşmış ənənələrə dayanaraq yüksək səviyyədə inkişaf etdiyindən, həmçinin bu tolerantlığın daha da möhkəmləndirilməsi və dünyada örnək olaraq təbliğ edilməsi məqsədilə ölkəmizin həyata keçirdiyi tədbirlər və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən  Dünya Mədəniyyətlərarası Forumu çərçivəsində, Forumun əsas partnyoru olan BMT Sivilizasıyalar Alyansının ölkəmizin dəstəyi ilə 20 dən artıq tədbirin keçirilməsini vurğulayan natiq bunun Azərbaycanın SA-nın inkişafına dəstəyinin nümunəsi olduğunu qeyd edib.