Elşad İskəndərov İSESCO-nun Baş direktoru ilə görüşdü

elsad-iskenderov-isesco-nun-bas-direktoru-ile-gorusdu
Oxunma sayı: 640

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumaat görə, görüş zamanı İSESCO ilə qarşılıqlı əlaqələr barəsində fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqaməti müzakirə mövzusu olub.

Dövlət Komitəsinin sədri ölkəmizdəki mövcud tolerant mühit barədə qonağa ətraflı məlumat verib. O bildirib ki, bu gün Azərbaycanda dinlərarası münasibətlərdə tolerantlığın ən yüksək səviyyəsi mövcuddur. İSESCO-nun baş direktoru da öz növbəsində Azərbaycandakı toreantlıqdan məmnunluğunu ifadə etmiş və bildirib ki, bu dünyada nadir rast gəlinən nümunədir.

Görüşdə ötən ilin dekabrında Bakıda keçirilmiş İSESCO-nun da həmtəşkilatçılığı ilə keçirilmiş “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu zamanı DQİDK, BMT-nin Azərbaycan ofisi və DƏ İKGF arasında imzalanmış anlaşma memorandumuna əsasən təsis edilmiş Tolerantlıq Mərkəzinin gələcək fəaliyyəti barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Mərkəzin fəaliyyətinə İSESCO-nun verə biləcəyi töhfələr barəsində müzakirə aparılıb və konkret layihələr ətrafında fikir mübadiləsi olub. İSESCO-nun Mərkəzin həmtəsisçisi olması haqqında təklif məmnunluqla qəbul edilib.