Elşad İskəndərov Kamal Abdulladan danışdı

elsad-iskenderov-kamal-abdulladan-danisdi
Oxunma sayı: 1692


DQİDK sədri Elşad İskəndərov Trend-ə açıqlamasında ölkə Prezidentinin bu sərəncamını Azərbaycanın milli və dini mültikulturalizm və tolerantlıq modelinin gücləndirilməsi sahəsində fəaliyyətin daha yüksək səviyyəyə qaldırmaq istiqamətində mühüm qərar kimi qiymətləndirib: "Bu eyni zamanda, cənab Prezidentin milli-mənəvi dəyərlərimizə, dövlət-din münasibətlərinin tənzimlənməsinə diqqət və qayğısının bariz nümunəsidir. Kamal müəllim görkəmli ziyalıdır, ölkədə o cümlədən xaricdə istər ictimai, istərsə də ədəbi fəaliyyəti ilə tanınan xadimdir. Dövlət Komitəsi xətti ilə Kamal müəllimlə bundan əvvəl də bir sıra beynəlxalq əhəmiyətli tədbirlər çərçivəsində əməkdaşlıq etmişik. Şübhə etmirəm ki, onunla yeni vəzifəsində də uğurlu əməkdaşlığımız bu sahədə bütün məsələlərin müsbət həllinə xidmət edəcəkdir".

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də Kamal Mehdi oğlu Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Kamal Abdullayev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.