Elşad İskəndərov prezidentin müşaviri ilə görüşdü

elsad-iskenderov-prezidentin-musaviri-ile-gorusdu
Oxunma sayı: 644


“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan heyəti kitabxanın kiitab fondu,  binası, strukturu, iş prinsipi ilə tanış olmuş, heyətə müxtəlif dillərdə 3 milyondan yuxarı kitab və dərginin saxlandığı barədə məlumat verilmiş, əlyazmalar saxlanan arxivlər nümayiş etdirilib.

Kitabxana rəhbərliyinin iştirakı keçirilən görüşdə, ikitərəfli əməkdaşlığa aid bir sıra məsələlər müzakirə edilərkən dr. İshaq Salehi Azərbaycanda Nizami Gəncəvinin məqbərəsindən onun beytlərini əks etdirən fars dilində yazılı abidələrin söküldüyü haqda İran mətbuatında məlumatlar getdiyini bildirərək, bu xəbərin İrandakı alim və tədqiqatçıları narahat ediyini bildirmiş, Nizami Gəncəvi kimi dahi şairin irsinə biganəliyin xoşagəlməz hal olduğunu bildirib.

Həmin xəbərlərin əslində əsassız ajiotaj yaratdığını qeyd edən DQİDK sədri Azərbaycanda Nizami Gəncəvi irsinin qorunması, ona verilən önəm barədə İran tərəfini məlumatlandırararq qeyd edib: “ Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi bir sıra digər Azərbaycan dühalarının irsi kimi  bütün bəşəriyyətin xəzinəsidir. Eyni zamanda dünyada Azərbaycan qədər Nizami irsinin qorunması məqsədilə fəaliyyət göstərən başqa dövlət yoxdur.