Elşad İskəndərov Qumda azərbaycanlı tələbələrlə görüşdü - - Fotolar

elsad-iskenderov-qumda-azerbaycanli-telebelerle-gorusdu-
Oxunma sayı: 680


"Qafqazinfo"ya Dini Komitədən verilən məlumata görə, azərbacanlı tələbələrlə açıq şəraitdə keçən görüşdə Komitə sədri əvvəlcə tələbələrin təhsili ilə maraqlanmış, onları narahat edən problemləri, suallarını, təkliflərini, dinləmiş, daha sonra bütün bu problemlərin həlli, təkliflərin həyata keçirilməsi barədə öz fikirlərini bölüşmüş, tələbələri maraqlandıran suallara cavab vermişdir. Komitə sədri bildirmişdir ki, dini təhsil alan tələbələr Azərbaycanın bu sahədə müvafiq qanunlarını bilməlidirlər və bu prosesin milli qanunvericiliyimizə uyğun şəkildə aparılması üçün İran tərəfi ilə məsləhətləşmələr aparılır.

Həmçinin tələbələrlə əlaqələrin davamlı saxlanması, onların dini qanunvericiliklə bağlı problemlərinin həllinə yardım məqsədi ilə Komitəyə müraciət edə biləcəkləri, bununçün elektron əlaqə mexanizminin yaradılmasının zəruriliyi qeyd olunmuşdur. Azərbaycanlı tələbələr görüşə görə təşəkkürlərini bildirərək belə əlaqələrə çox ehtiyacları olduğunu qeyd ediblər.

“Cameətül Mustafa” Universitetinin rektoru ayətullah Ərafi və digər rəhbər heyətlə görüşdə DQİDK sədri dini təhsil, o cümlədən xaricdə dini təhsilin alınması haqda Azərbaycan Respublikası qanunlarının müvafiq müddəaları barədə Universitet rəhbərliyini məlumatlandırmış, İranda dini təhsil alan azərbaycanlı tələbələrin də təhsil prosedurlarının bu qanunlara uyğunlaşdırılmasının zəruriliyini qeyd etmişdir. Belə bir addımın atılmasının, həmin tələbələrin bir çox problemlərinin həll edilməsinə də kömək edəcəyini vurğulayan E. İskəndərov, qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin prosesin həyata keçirilməsi təklif etmişdir . Komitə sədri bu prosesin həyata keçəcəyi təqdirdə təhsil almış mütəxəssislərin potensialından da gələcəkdə Azərbaycanda müvafiq sahələrdə istifadə edilməsinin mümkünlüyünü bildirib.

Ayətullah Ərafi öz növbəsində bu təşəbbüsü müsbət addım adlandıraraq qeyd etmişdir ki, Qumda təhsil alan azərbaycanlı tələbələrin təhsil prosedurlarının Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması üçün hər cür əməkdaşlığa hazırdırlar. Görüşün sonunda bu istiqamətdə konkret təkliflər hazırlanması məqsədilə ekspertlər müəyyən edilib.