Elşad İskəndərov Vatikanın nümayəndə heyətini qəbul edib

elsad-iskenderov-vatikanin-numayende-heyetini-qebul-edib
Oxunma sayı: 644

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan E. İskəndərov Kardinal Fernando Filoni kimi nüfuzlu din xadimini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycanın tarixən müxtəlif dinlərin, xalqların nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığı ölkə olduğunu deyən Komitə sədri dövlətimizin bütün dinlərin daşıyıcılarına tolerantlıq mühitində yaşamaları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb.

Azərbaycandakı tolerant mühiti təqdir etdiyini söyləyən Kardinal Filoni öz növbəsində sülh, qarşılıqlı anlaşma, tolerantlıq sahəsində əldə etdikləri təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını bildirmiş və katoliklərin bu ölkənin inkişafında iştirakının müsbət olacağına inamını ifadə edib.

Bundan sonra Komitə sədri Azərbaycandakı tolerantlığın dünya müstəvisində bölüşməsi üçün Vatikanı fəal iştiraka çağırıb, həmçinin Vatikanda ölkəmizlə bağlı arxiv materialların tədqiqatçılar tərəfindən daha aktiv işlənməsini təklif edib. Hər iki təklif razılıqla qarşılanıb.
Sonda ikitərəfli münasibətləri genişləndirməyin müxtəlif istiqamətləri müzakirə edilib.

Nigar Məmmədli