“Elşad Xose Azərbaycan xalqından üzr istəyəcək”

elsad-xose-azerbaycan-xalqindan-uzr-isteyecek
Oxunma sayı: 3977


“Qafqazinfo”Gecce.az-a istinadən xəbər verir ki, ötən gün reper Elşad Xose şəhidlərimizin ruhuna hörmətsizlik edərək,açıq-saçıq fotosunu İnstaqram səhifəsində paylaşıb.Reperin elə həmin şəkilinə görə izləyiciləri sərt tənqid edib.Elşad isə buna cavab olaraq,video yerləşdirib və onu tənqid edən hərkəsin anasını söyüb.

Onun bu hərəkətinin əleyhinə çıxan tanınmışlardan biri də prodüser Tolik olub. O, Xose ilə bağlı instaqram səhifəsində bunları yazıb :

"Bir az olar Elşadla danışdım,deyir əsəbiydim,üstümə gəldilər və məndə söydüm.Bir azdan bütün Azərbaycan xalqından üzr istəyəcək". 

Daha sonra prodüser həmin paylaşımını silərək bunları əlavə edib : "Sizə qurban olum,mənə zəng edib dedilər ki,o axmaxlıq edib,sən niyə paylaşırsan onun videosunu?Səni ana-bacılar izləyir,niyə onun bu söyüşlərini hamı eşitməlidir?O,payın alıb və Bakıya qayıtdıqda yenə alacağ.Allah böyükdür onun cəzasın verəcək.Onsuz da verib,xalqın gözündən düşdü".