“Elşad Xose bizi təhqir etdi…”

elsad-xose-bizi-tehqir-etdi
Oxunma sayı: 3588

Azərbaycanın tanınmış aparıcısı Hüsniyə Məhərrəmova “VarYox” adlı yutub layihəsinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, Hüsniyə iki il sonra Elşad Xosenin “5-ci element”i yarımçıq tərk etməsinə aydınlıq gətirib. 

Aparıcı repçinin sosial şəbəkədə onun ünvanına təhqirlər yazdığını bildirib: “Elşad Xose efirə gəldi, sonra çıxıb getdi. Verilişin sonuna kimi boş-boş danışdıq. Bunun səbəbini də sizə deyim. Efir “setka”sı deyilən bir şey var. Bir qonağa görə verilişin yarısını kəsməyə ixtiyarımız yoxdur. O zaman vaxtı doldurmaq lazım idi.

Elşad Xosedən hər zaman xoşum gəlib, dinləydiyim azərbaycanlı ifaçılardan biridir. Amma belə oldu. Sonra gedib öz səhifəsində bizi təhqir etdi. Mənə bir çox sözlər deyilmişdi. Onun yazdığı ifadəni hələ öz ünvanıma eşitməmişdim. Sağ ol, Elşad”.