Elşad Xose də yanan dispanserdə olub

Elşad Xose də yanan dispanserdə olub
Oxunma sayı: 5433

Bu gün səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

“Qafqazinfo”nun Yenicag.az-a istinadən verdiyi məlumata görə, hadisə zamanı tanınmış reper Elşad Xose də Narkoloji Mərkəzdə olub. 

“Səhər xəbəri eşidən kimi dəhşət içində hadisə yerinə qaçdım. Çünki mənə doğma olan dostum orda müalicə olunur. Xoşbəxtlikdən həmin oğlan qonşu korpusda olub, xəsarət almayıb. Gözümün önündə xeyli adam diri-diri yanaraq, kül oldu. Özü də son vaxtlar həmin xəstəxanada narkomanların sayı həddən artıq çox idi. Görünür insanlar özlərini realizə edə bilmədiklərindən bu yolu seçiblər. Nə qədər adam öldü, Allah rəhmət eləsin. Evə gəlmişəm, hələ də o dəhşətli mənzərə gözümün önündən getmir. Gördüklərim dəhşət idi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi