Elşadla Oksananın arsızlığı... - DİN-ə hörmətsizlik

Elşadla Oksananın arsızlığı...
Oxunma sayı: 11531

Bir neçə gün əvvəl eks-xanımı, tanınmış rəqqasə Oksana Rəsulovanı döyməkdə və bıçaq çəkməkdə ittiham olunaraq barəsində cinayət işi açılan Elşad Xose sosial şəbəkələrdə baş verənlərə münasibət bildirib.

Oksananın şikayəti əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində bir gün saxlanılan məşhur reper şənbə günü ifadəsi alınaraq sərbəst buraxılıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) bir neçə dəfə rəsmi açıqlama versə də, hər iki tərəf baş verənləri təkzib edib. Belə ki, Elşad Xose daha irəli gedərək barəsində xəbər yazan mətbuat nümayəndələrini lağa qoyub.  

Onunla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılsa da, Xose həm DİN-ə, həm mediaya, həm də pərəstişkarlarına qarşı heç nə olmamış kimi davranıb:

“Ala, əl çəkin də... Artıq boş-boş kim nə dedi, elə təkrar edirlər. Təzəcə partimi sona çatdırdım. Məni tutublar, parti də zonda idi. Qurtarın ala da... Qəşəng yarımçıq işlərim var, tamamlayan kimi buraxıram ixtiyarınıza, qiymət verərsiz”. 

Bu arada qeyd edək ki, Xosedən şikayətçi olan Oksana da eyni mövqe göstərir. O da həm mətbuata açıqlamasında, həm də sosial şəbəkədə olanları inkar etmişdi. 

Baxmayaraq ki, sözügedən qalmaqaldan sonra hər iki məşhur bir-birini instaqramda izləməkdən imtina edib. 

Rəqqasənin eks-əri isə onunla birgə çəkildiyi filmlə bağlı təhqirə yol verib. O, instaqramda “Mələyin öpüşü”nün adını dəyişərək söyüşlə əvəzləyib. Reper daha sonra yazdığı təhqiri silib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi