Elton Röyanın onu döydürməsindən danışdı

elton-royanin-onu-doydurmesinden-danisdi
Oxunma sayı: 639

Publika.Az-ın məlumatına görə, son günlər müxtəlif KİV-lərdə yayılan informasiya Eltonu danışmağa məcbur edib. Müğənni verilişlərin birinə çıxıb bu söz-söhbətə son qoyacağını söyləyib:

"Mən elə kişinin oğlu deyiləm ki, kimsə məni elə-belə tutub harasa aparsın, alnıma tapança dirəsin. Sabahdan mən lazım bildiyim proqramlarda adıma belə yaraşdırmadığım bu xəbərlərə birdəfəlik son qoyacam. Bu qərəzli xəbərləri yayanı da tapacam. Dünya dərəbəylik deyil ki".

Qeyd edək ki, ötən gün bəzi mətbuat orqanlarında Röyanın Eltonu Mingəçevirdəki tədbirlərin birində döydürdüyü xəbəri yayılıb. Məlumata görə, Eltonun polisə şikayət verməsi nəticəsində Röyanın "Bandotele" ifadə vermək üçün aparıldığı qeyd olunub.