Elton və Sevda mətbuat konfransı keçirdi

elton-ve-sevda-metbuat-konfransi-kecirdi
Oxunma sayı: 1376


“Qafqazinfo”nun məlumatına görə, BMM-də keçirilən konfransda prodüser Tarix Əliyev, müğənnilər Sevda, Elton, aparıcılar Afaq Gəncəli, Şəhriyar Əbilov, Qeyri-hökümət təşkilatının sədri, media nümayəndələri iştirak edib. 

Tədbir haqda məlumat verən prodüser insanları xeyir iş görməyə çağırıb: "Xeyriyyə tədbirləri deyəndə çoxları tərəddüd edir. Çünki xeyriyyə məqsədi ilə insanları bəzən aldadırlar. İki balamızın əməliyyat olunması üçün 30 min manat pul lazımdır. İkinci dərəcəli skaliozdan əziyyət çəkən Nübar və Leylaya yardım etmək istəyirik.  Bu məqsədlə konsert təşkil etmək qərarına gəldik. Şəffaflığı təmin etmək üçün sizləri buraya yığmışıq. Əgər konsetdə çox pul yığılsa, qalanını başqa xəstəyə kömək edəcəyik. Biletlər 10-30 ilə manat arasındadır. Konserti "Məlahətli ana" xeyriyyə cəmiyyəti ilə birlikdə təşkil edirik. Hər kəs bir bilet alsa, balalarımıza kömək olar, onlardan köməyinizi əsirgəməyin”. 

Müğənni Elton isə belə bir aksiyada iştirak etdiyi üçün xoşbəxt olduğunu bildirib: "Çox şadam ki, belə bir xeyriyyə aksiyasında iştirak edirəm. Mənim də iki balam var, Allah bütün balaları saxlasın. Bu iki qızımızın köməyə ehtiyacı var. Biri 17, o biri 20 yaşındadır. Onlar da digərləri kimi gəzmək, əylənmək, oxumaq istəyirlər. İnşallah sağalarlar, gələcəkdə ailə qurub ana olarlar". 


Könül