Əlvida, Akademik!

elvida-akademik
Oxunma sayı: 650

ANS TV-nin məlumatına görə, vida mərasimində mərhumun yaxınları, çalışdığı kollektivin üzvləri, elm ictimaiyyətinin nümayəndələri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri iştirak edib.

Vida mərasimində çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov Bəkir Nəbiyevin həyat yolundan danışıb. Sonra Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və digər şəxslər də akademik B. Nəbiyev barədə fikirlərini bölüşüblər.

Mərhum II Fəxri Xiyabanda dəfn olunub.