Elvis Preslinin təyyarələri satışa çıxarıldı

elvis-preslinin-teyyareleri-satisa-cixarildi-
Oxunma sayı: 964


“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, “Liza Mari” təyyarəsi dörd mühərriklə təchiz edilib. Onun daxilində böyük çarpayı, qızıldan düzəldilmiş sanitariya texnikası, televizor və 52 dinamikdən hazırlanmış stereo dinamika quraşdırılıb. Təyyarənin quyruğunda Presliyə aid olan TCB (Taking Care of Business) ticarət markası əks edilib. Convair 880 markalı təyyarə 1960-cı ildə buraxılıb. 

“Xaund II Doq” “Liza Mari”dən biraz balacadır və Elvis Presli üçün ehtiyat bort olaraq fəaliyyət göstərib. Hər bir halda hər iki təyyarə uçuşlar üçün nəzərdə tutulmayıb və əvvəlki kimi muzey eksponatları kimi qalacaq. 1977-ci ildə sənətçinin ölümündən sonra təyyarələrə sahib çıxan Key Ci Koker hələ ki, qiymət açıqlamayıb, amma ciddi təklif axtarışındadır.