Elxan Məmmədov AFFA-dakı vəzifəsindən getdi

elxan-memmedov-affa-daki-vezifesinden-getdi
Oxunma sayı: 8607

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib.

“Qafqazinfo” xəbər verir ki, o, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.

Bu haqda FİFA-nın saytı xəbər yayıb.

E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başayacaq.

FİFA prezidenti Canni İnfantino da Elxan Məmmədovun təyinatından danışıb: “Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”.

***

AFFA-nın Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bundan sonra Elxan Məmmədovun əsas işi FİFA-da olacaq: “O, AFFA-da ictimai əsaslarla vitse-prezident kimi işləyəcək. Belə ki, icraçı vitse-prezident vəzifəsindən ayrılacaq”.