Elxan Poluxovdan xəbər var

elxan-poluxovdan-xeber-var
Oxunma sayı: 644

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səfər zamanı E.Poluxov əyalətin paytaxtı Pitermaritsburq şəhərində olub və əyalətin Baş Direktoru Nhlanla Ngidi ilə görüş keçirib. Qəbula görə öz təşəkkürünü bildirən E.Poluxov həmsöhbətə Azərbaycan və Ermənstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda ətraflı məlumat verib. Hər iki ölkənin təqribən eyni tarixi dövrdə yeni siyasi sistemə keçdiyini vurğulayan səfir, bu səbəbdən ölkələr arasında oxşar cəhətlərin çox olduğunu qeyd edib. Həmçinin E.Poluxov Azərbaycanda sözügedən keçid dövrdə ölkənin uğurlu gələcək inkişaf yolunun seçilməsində Heydər Əliyevin müəyyən etdiyi siyasətin həlledici rol oynadığını vurğulayıb.

Ziyarətə görə Səfir E.Poluxova dərin minnətdarlığını bildirən cənab N.Ngidi Azərbaycanın CAR üçün kəşf edilməsinin vacib olduğunu qeyd edərək, təmsil etdiyi əyalətin nümayəndə heyətinin ölkəmizə səfər etməsi mümkünlüyünü və sıx iqtisadi əlaqələrin yaradılması vacibliyini vurğulayıb. Həmçinin ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün əyalətin ən böyük şəhəri sayılan Durban şəhərinin mühüm rolu ola biləcəyini bildirib.

Görüşün sonunda tərəflər biri-birinə hədiyyələr təqdim ediblər.