Elyunussi “Qarabağ”dan getməsinin səbəbini açıqladı

elyunussi-qarabagdan-getmesinin-sebebini-aciqladi
Oxunma sayı: 2130

Qış transfer pəncərəsində “Qarabağ”da ayrılaraq İsveçin AİK klubuna keçən Tarik Elyunussi açıqlama verib.

“Qafqazinfo” Sportal-a istinadən xəbər verir ki, Mərakeş əsilli norveçli futbolçu “Qarabağ”a gəlməsindən danışıb:

“2017-ci ildə “Olimpiakos”da yaxşı mövsüm keçirdim, Yunanıstan çempionu olduqdan sonra “Qarabağ”a icarə əsasında keçdim. Çempionlar Liqasında oynamaq istədiyim üçün bu keçidə müsbət yanaşmışdım. İlk vaxtlar hər şey qaydasında gedirdi, lakin sonradan zədə aldım və bu, mənə mane oldu. Bu zədə ucbatından 2 ay futboldan kənar qaldım. ÇL-də son turları kənardan izləməli oldu. Mən isə “Qarabağ”a Çempionlar Liqasında oynamaq üçün gəlmişdim. Təcrübə qazanmaq istəyirdim”.

Norveç millisinin üzvü olan 29 yaşlı yarımmüdafiəçisi İsveçin AİK klubuna keçməsindən danışıb:

“AİK-in mənimlə maraqlandığını dedilər. İsveçin ən köklü klubuna keçmək mənim üçün maraqlı gəldi. Başqa klubu da seçə bilərdim. Həmçinin, “Qarabağ”da qalaraq yaxşı məvacib ala bilərdim. Bundan əlavə, “Olimpiakos”da da qala bilərdim. Ancaq pulu deyil, karyeranı düşündüm. İnanıram ki, “Malmö” ilə rəqabətdə qalib gələrək çempion olmağı bacaracağıq. Avrokuboklarda da iddialı olmaq istəyirik".