Elzadan Xuramanın "Qadının səsini yad kişi eşitməməlidir" sözlərinə - - Münasibət

elzadan-xuramanin-quotqadinin-sesini-yad-kisi-esitmemelidirquot-sozlerine-
Oxunma sayı: 2750



Sənətçi Axşam.az saytına açıqlamasında deyib ki, əslində gözəl səsi gizlətməyin özü ən böyük günahdır: “Kim ki, Allahın ona bəxş etdiyi fitri istedadı, gözəl səsi gizlədirsə, o, cəhənnəmlikdir. Gözəl səsi olan oxumalıdır, insanlara xoş musiqi təqdim etməlidir. Musiqi ruhu təmizləyir, insanı paklaşdırır, əsəbləri sakitləşdirir. Bunu peyğəmbərlərimiz də deyib. Amma Xuramanın sözündə də bir az həqiqət var. Çünki elə ifaçılar var ki, onların oxuması elə günahdır. Bu gün savadsız, səsi olmayan müğənnilər çoxalıb”. 

Qeyd edək ki, Xuraman Şuşalı bir neçə gün öncə mətbuata açıqlamasında bunları deyib: 

“Şəriətə görə, bir qadının səsini yad kişi eşitməməlidir. Bu, günahdır. Mən də bunu nəzərə alıb, mahnı yazdırmağı özümə qadağan etdim. Bundan sonra qadın məclislərində oxuyacam. Studiyada mahnı lentə aldırmayacam. Başı örtüksüz şəkillərimi yayımlayanlara halallıq verməyəcəyimi söyləmişdim”.