Emalatxana yandı

emalatxana-yandi
Oxunma sayı: 644

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan dəmir konstruksiyalardan ibarət avtomobil təmiri emalatxanasının taxta üzlüyü və içərisində olan köhnə avtomobil hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.