Embawood şirkəti Microsoft Enterprise Agreement müqaviləsini imzalayıb

embawood-sirketi-microsoft-enterprise-agreement-muqavilesini-imzalayib
Oxunma sayı: 699

İKT İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, bu Müqavilə müştəriyə Microsoft-un ən yeni proqram məhsullarını əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Microsoft Enterprise Agreement çərçivəsində lisenziyalara görə ödəniş möhlətlə 3 il ərzində keçirilir və 250-dən artıq kompüteri olan müəssisələr üçün tətbiq olunur. Müqavilənin şərtlərinə görə, müəssisə sözügedən müqavilənin imzalanmasından əvvəl alınmış kompüterlərə razılaşmada qeyd edilmiş proqram məhsullarını yükləmək hüququna malikdir. Əlavə lisenziyalara görə ödəniş isə növbəti ödəniş zamanı həyata keçirilir. Müqavilə Embawood şirkəti üçün proqram təminatına sahibolmanın ümumi dəyərini azaltmağa imkan verəcək. Ödənişlərin illik əsasda həyata keçirilməsi Embawood şirkətinə proqram təminatların alınmasına istiqamətlənən iri birdəfəlik ödənişləri etməməyə imkan verəcək, Microsoft platformu üzərində standartlaşma isə istifadəçilərin təliminə və dəstəklənməsinə yönələn xərclərin nəzərəçarpan dərəcədə azalmasına gətirəcək.

Nigar Məmmədli