“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir

emek-pensiyalari-haqqinda-qanuna-deyisiklik-edilir
Oxunma sayı: 4243

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir. “Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən qanunun yeniləndirilmiş 22.1-ci maddəsində (22-1.1) qeyd olunur ki, 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixində qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2 maddəsinə uyğun olaraq hesablanacaq.

Həmçinin, 22-1.2.1.-ci maddədə göstərilir ki, 2019-2020-ci illərdə bu qanun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla, hesablancaq.

22-1.2.2.-ci maddədə isə qeyd edilir ki, əlilliyi müəyyən edilmiş şəxsə əməyə görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanacaq.

22.1.2.3-cü maddəyə gəlincə, təklif edilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən, pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2.2.-ci maddəsinə uyğun şəkildə hesablanacaq.

 Dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək.

Günel Türksoy