Əməkdar artist ağladı - Foto

Əməkdar artist ağladı
Oxunma sayı: 4021

Bu gün Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı filmin təqdimatı keçirilib. “Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, jurnalist Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı "Vətən üçün gedirəm" filminin təqdimatında bir çox sənət adamları iştirak edib. Filmin ideya və ssenari müəllifi Nərmin Məmmədli çıxışında Salatın Əsgərovanı özünə ideal seçdiyini bildirib.

Tədbirdə iştirak edən əməkdar artist Mətanət İskəndərli çıxışında göz yaşlarını saxlaya bilməyib. Müğənni qeyd edib ki, filmdəki ana obrazının yerinə bir anlıq özünü təsəvvür edib: “Filmi izləyən zaman elə bildim ki, həmin qadın mənəm. Mən çox istəyərdim ki, efirdə verilən serialların yerini bu kimi qəhrəmanlıq ruhundakı filmlər alsın”.

Filmdə şəhid S. Əsgərovanın anası rolunu canlandıran əməkdar artist Mehriban Xanlarova da təqdimat mərasimində kövrəlib. Canlandırdığı obrazın onun üçün böyük şərəf olduğunu bildirən əməkdar artist filmdə şəhid anasının ağrı-acısını, iztirablarını tamaşaçılara çatdırmağa çalışdığını vurğulayıb.

Xatırladaq ki, 1991-ci ilin yanvarın 9-u jurnalist Salatın Əsgərova Qarabağ müharibəsi ilə bağlı peşə fəaliyyətini yerinə yetirərkən Laçın-Şuşa yolunun 6-cı kilometrliyində Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb. Onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub və S. Əsgərova amansızcasına qətlə yetirilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi