Əməkdar artist AzTV-də işə başladı

emekdar-artist-aztv-de-ise-basladi
Oxunma sayı: 2744

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Bədii Şuranın növbəti iclası keçirilib.

"Qafqazinfo"ya AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yaxın zamanda daha iki yeni layihəyə start veriləcək. Bunlardan biri hərbi vətənpərvərlik mövzusunda, tamamilə yeni formatda “Vətənə xidmət” tok-şousudur. Tok-şou hərbi çadırdan yayımlanacaq. Digəri isə əməkdar artist, şoumen Bəhram Bağırzadənin təqdimatında “Bəhram+” telelayihəsi olacaq.

İclasda çıxış edən Şura üzvləri xalq artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov,  şair Baba Vəziroğlu, əməkar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, bəstəkar Faiq Şücəddinov və digərləri çıxış edərək son aylar Azərbaycan Televizyasında aparılan islahat və yenilikləri təqdir edib, ictimaiyyətin təşəkkürlərini çatdıraraq təkliflərini də səsləndiriblər.