Əməkdar artist AzTV-ni sərt ittiham etdi

emekdar-artist-aztv-ni-sert-ittiham-etdi
Oxunma sayı: 6184


Əməkdar artist Baloğlan Əşrəfovu məyus edən hadisə baş verib. 

Müğənninin AzTV-nin “Qızıl fond”una təqdim etdiyi 10 səs yazısı itib. “Qafqazinfo” xəbər verir ki, bu barədə AzNews.az-a danışan B.Əşrəfov deyib ki, arxiv üçün yazdırdığı 10 mahnın yoxa çıxmasını yaxın vaxtlarda bilib: “AzTV-nin bədi rəhbəri Etibar Babayevin dəvəti ilə arxiv üçün 10 mahnı lentə aldırdım. Amma bu gün həmin mahnıların nə “ölü”sü var, nə də “diri”si. On mahnı itbata düşdü”. 

Müğənni bu məsələdə E. Babayevi günahlandırıb:“Mahnılarının itbat olduğuna inanmıram. Bu barədə soruşduğumda Etibar Babayev dedi ki, itirib. Yəni mahnılar bir-birinə qarışıb. Mən isə buna inanmıram, inanmaq da istəmirəm. Təəssüf ki, Etibar Babayevin sayğısızlığı ucbatından mahnılarım belə aqibətlə qarşılaşdı”.

Müğənni problemi AzTV-nin rəhbəri Arif Alışanova deyəcəyini də açıqlayıb: “Təəssüf ki, AzTV-də belə nadürüst insanlar var. Əgər doğrudan da o, mənim səs yazımı itiribsə, niyə ikinci dəfə yazmaq üçün dəvət etmir? Marağı nədir?”