Əməkdar artist dünyasını dəyişdi

emekdar-artist-dunyasini-deyisdi
Oxunma sayı: 3426

Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov 52 yaşında vəfat edib.

“Qafqazinfo” Gəncə Dövlət Dram Teatrının sosial şəbəkə hesabına istinadən xəbər verir ki, aktyor uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Bir çox beynalxalq festivallarda iştirak edən N.Məmmədov, 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif olunub.