Əməkdar artist nənə oldu

emekdar-artist-nene-oldu
Oxunma sayı: 2323


“Qafqazinfo” Milli.Az-a istinadən xəbər verir ki, gecə ilə əməkdaşımızın təbrik zənginə cavab verən Gülbahar xanım sevincini oxucularımızla belə bölüşdü: “Oğlum Rusifin qızı Mərkəzi Gömrük Xəstəxanasında dünyaya göz açdı. İnanın, sevincimin həddi-hüdudu yoxdur. Allah-Təala mənə cavan nənə olmağı qismət etdi. Oğlumla gəlinimin qızlarına verdikləri adı biləndə ikiqat sevindim.

Onlar ilk övladlarına mərhum anam Fəridə xanımın adını yaraşdırıblar. Bu əsl sürpriz oldu. Eşidən kimi sevincdən gözlərim doldu.

Nənə olmaq sözlə izah edilməyəcək qəribə bir hissdir. Allah bütün övlad həsrətində olan ailələrə bu sevincimizdən pay versin. Qoy bütün evlərdən daim şirin körpə səsi eşidilsin. Amin!”

Məlumat üçün bildirək körpənin boyu 50 sm, çəkisi 3 kq 400 qramdır.