Əməkdar artist övladlığa uşaq götürür

emekdar-artist-ovladliga-usaq-goturur
Oxunma sayı: 2094

Türkiyədə yaşayan Əməkdar artist Məlahət Abbasova övladlığa uşaq götürür. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın özü sosial şəbəkədə məlumat yayıb.

M. Abbasova qeyd edib ki, uşaq evində yaşayan qızı rəsmi şəkildə himayəsinə götürür: “Uzun müddətdir uşaq evində qalan kimsəsiz bir qız uşağına könüllü olaraq analıq etmək istəyirdim. Bütün şərtlərə uyğun olmağım barədə xəbər aldım. Müraciət üçün sənədlərim hazırlanıb. Övladlarımla danışdım, onlar da razıdırlar. Məncə, həyata bir uşaq qazandırmaq, onların yaralarını sarmaq, onlara dəstək olmaq ən böyük savabdır”.