Əməkdar artist Yerusəlimdə konsert verib

emekdar-artist-yeruselimde-konsert-verib
Oxunma sayı: 2502

Əməkdar artist Bəyimxanım Vəliyeva hazırda İsrailin Yerusəlim şəhərində keçirilən beynəlxalq festival çərçivəsində israilli musiqiçilərlə birlikdə sintez muğam konserti verib. 

“Qafqazinfo”nun məlumatına görə, muğam ifaçısı Azərbaycandan festivala dəvət olunan yeganə sənətçidir.

Artıq üçüncü dəfə festivala dəvət olunan B. Vəliyeva bu dəfə də öz məharətli çıxışları ilə tamaşaçıları heyran qoymağı bacarıb.

Xanəndə səfər çərçivəsində müsəlmanların ən müqəddəs yeri sayılan, Məhəmməd peyğəmbərin merac olunduğu, müqəddəs “Qurani Kərim”də adı çəkilən Məscidi-Aksa məscidini də ziyarət edib.