Əməkdar artistdən Acuna ittiham - “Məndən pul istədilər”

emekdar-artistden-acuna-ittiham
Oxunma sayı: 3713

“Acun Ilıcalının sahibi olduğu TV 8-dən köməkçimə zəng vurublar, şəxsən danışmaq istədiklərini bildiriblər. Danışdıq, təklif çox gülməli idi, utandım: “Nigar xanım, ayın 19-dan sonra Azərbaycana gələcəyik, sizdən müsahibə almaq istəyirik”. Mən də razılıq verdim”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Nigar Şabanova instaqram səhifəsində yazıb. Muğam ifaçısı kanalın reportaj üçün ondan 650 dollar tələb etdiyini qeyd edib:

“Daha sonra söylədilər ki, bunun üçün 650 dollar ödəniş olmalıdır. Mən hələ bu günə qədər mənə xeyir verən, yüksəklərə qaldıran televiziyalarımıza bir qəpik pul verməmişəm. Halbuki gəlirimi vətənimdə qazanıram.Biz bəyəm kanallarımıza türk müğənniləri dəvət edəndə onlardan pul istəyirik? Onların bizdən pul istəmələrinə səbəb elə müğənnilərimizdir. Çünki Türkiyə kanallarına yalvararaq pul verib, çıxırlar.

Onlara səslənirəm- Etməyin! Siz orada heç kimə lazıım deyilsiz. Azərbaycan musiqisi qızıldır! Məgər qızılı satanda üstündə pul da verirsiniz ki, qızılı alın? Azərbaycan musiqisi səslənəndə bütün dünya baş əyməlidir”.