Əməkdar artistin yeni villası... - Foto

emekdar-artistin-yeni-villasi
Oxunma sayı: 859

Əməkdar artist Ədalət Şükürov villa alıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi Bakının Bilgəh kəndində yeni evin sahibi olub. 

Şükürov rəsmi instaqram hesabında malikanənin görüntüsünü izləyiciləri ilə bölüşüb.

Müğənninin həmkarı Elnur Məmmədov da paylaşıma şərh yazıb.  O, sənətçiyə evində sağlıqla dincəlməyi arzu edib.

Xatırladaq ki, əməkdar artist bundan öncə Saray qəsəbəsində villası olub. Müğənni həmin evi teleaparıcı Xoşqədəm Baxşəliyevaya satıb.