Əməkdar mədəniyyət işçisi vəfat etdi

emekdar-medeniyyet-iscisi-vefat-etdi
Oxunma sayı: 2987

Uzun illər Akademik Milli Dram Teatrında fəaliyyət göstərmiş əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva vəfat edib.

“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, Rəfiqə Musayeva teatrda rejissor asistenti işləyirdi. O bir neçə il idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.

Aktrisa həmçinin xalq artisti Səfurə İbrahimovanın yaxın rəfiqəsi olub. Sənətkar Rəfiqə Musayevadan başqa teatrdan heç kimi evinə buraxmayıb.