“Əməliyyat risklərinin idarəedilməsi” üzrə seminar keçirilib

emeliyyat-risklerinin-idareedilmesi-uzre-seminar-kecirilib
Oxunma sayı: 635

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə “Əməliyyat risklərinin idarəedilməsi” mövzusunda seminar keçirilib. Üç gün davam edən seminarda əməliyyat risklərinin idarəedilməsinin təşkili, müəyyənləşdirilməsi alətləri, ölçülməsi, təhlili, idarəetmə tədbirləri və digər məsələlər müzakirə edilib. Seminarın gedişində iştirakçılar ilə praktiki məşğələlər (“case study”) aparılıb.
Seminarda risklərin idarəedilməsi üzrə kommersiya banklarının rəhbər vəzifəli şəxsləri və aparıcı risk mütəxəssisləri, habelə Mərkəzi Bankın aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Nigar Məmmədli