Əməliyyat sistemini yenilədi, smartfon partladı

emeliyyat-sistemini-yeniledi-smartfon-partladi
Oxunma sayı: 2123

“Apple” şirkətinin iPhone X modelini istifadə etmiş şəxs bildirib ki, onun smartfonu iOS 12.1 əməliyyat sistemi yenilənməsindən sonra partlayıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında yaşayan şəxs smartfonu 10 ay heç bir problem yaşamadan işlədib.

Telefon iOS 12.1 əməliyyat sistemi yenilənməsindən sonra isə tüstülənib və nəticədə partlayıb.

Məlumata görə, sistem yenilənməsi zamanı smartfon enerjiyə qoşulu olub. Bu, şirkətin də göstərişlərində qeyd olunur ki, əməliyyat sistemi yenilənməsi zamanı smartfon enerjiyə qoşulu olmalıdır.

“Apple” şirkəti baş vermiş hadisə ilə bağlı istintaq aparır.