Emil Məmmədov həbsdə qaldı

emil-memmedov-hebsde-qaldi
Oxunma sayı: 849


“Qafqazinfo”nun məlumatına görə, “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansından “Media forum” saytına bildirilib ki, Salyan Rayon Məhkəməsi Emil Məmmədov haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi vəsatətinə baxılıb. Məhkəmə vəsatəti qəbul etməyib və Emil Məmmədov həbsdə saxlanılıb. Hüquq müdafiəçisi məhkəmədə iştirak etməyib. Prosesə məhbusun ailə üzvlərinin buraxılmadığı xəbər verilir.

Emil Məmmədov mayın 14-də həbs edilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) təqsirləndirilir.