Emildən bankrot xəbərinə - Münasibət

emilden-bankrot-xeberine
Oxunma sayı: 3042

Müğənni Emil Bədəlov bir müddət öncə açdığı turizm şirkətinin bağlanması barədə yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki,  “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, maddi baxımdan ziyana düşdüyü üçün bu biznesini dayandırıb: 

"Açdığım biznesi də bağladıq. Gördüm ki, ziyana gedirəm, işimi saxladım. Məndə bir xüsusiyyət var ki, biznesdə ziyana getdiyimi görəndə heç zaman riskə getmirəm. Arxamda külli miqdarda pulum yoxdur ki, bu gün 100 minə yaxın pulu batırım... Ziyana getməkdən əlavə başqa problemlər də yaranmışdı. Ola bilər ki, yaya yaxın yenidən bu biznesimi bərpa edim".