Emiliano Salanın ölüm səbəbi açıqlandı

Emiliano Salanın ölüm səbəbi açıqlandı
Oxunma sayı: 1539

Fransadan Böyük Britaniyaya yollanarkən təyyarə qəzasına uğrayan Emiliano Salanın ölüm səbəbi bəlli olub.

“Qafqazinfo” “The Sun” nəşrinə istinadən xəbər verir ki, La-Manş boğazında qəzaya düşən futbolçunun vəfatına səbəb boğulması olmayıb. Böyük Britaniyanın Qəza Tədqiqat Komissiyasının araşdırmasına görə, Sala başından və sinəsindən ağır zərbələr aldığı üçün dünyasını dəyişib.

28 yaşlı hücumçu yanvarın 19-u “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i Böyük Britaniyaya qayıdarkən 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

Qeyd edək ki, argentinalı hücumçu “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, “Kardiff Siti”nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi