Emiliyanın maşınına oğru girdi - Foto

emiliyanin-masinina-ogru-girdi
Oxunma sayı: 5608

“Səs Azərbaycan” mahnı müsabiqəsinin qalibi Emiliya Yaqubovanın başına iş gəlib.  “Qafqazinfo” xəbər verir ki, müğənninin ötən gün avtomobilinə hücum olunub.

Emiliya instaqramda paylaşım edərək maşınına zərər vurulduğunu qeyd edib: “Maşınımın pəncərəsini sındırıb, yarmaq istədilər. Xoşbəxtlikdən maşında qiymətli əşya saxlamıram. Siz də saxlamayın. Bir külək idi, oldu keçdi”.