Emin 9 uşağı ilə küçəyə atılan qadına yardım etdi

emin-9-usagi-ile-kuceye-atilan-qadina-yardim-etdi
Oxunma sayı: 4746


“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni Nura Suri özünün facebook səhifəsində məlumat paylaşıb. 

Xatırladaq ki, avqustun 20-də kirayə haqqını ödəyə bilmədiyi üçün ev sahibi tərəfindən küçəyə atılan və orada bir neçə gün gecələməli olan Kəmalə Əliyeva yardım üçün səfirliyə müraciət etsə də heç bir müsbət cavab əldə edə bilməmişdi. 

Müğənni Suri məsələ ilə bağlı Emin Ağalarova instagramda müraciət etdikdən sonra iş adamı ona cavab verib və bildirib ki, artıq həmin qadının Azərbaycan vətəndaşı olması təsdiqini tapıb: “Azərbaycan səfirliyi ona kömək etməyə hazırdır, hətta öz hesabına sənədləri əldə etmək üçün Bakıya yola düşməsinə kömək etməyi təklif ediblər. Səfir məsələni şəxsi nəzarətinə götürüb”.