Emin Ağalarov bu dəfə onunla duet oxudu

emin-agalarov-bu-defe-onunla-duet-oxudu
Oxunma sayı: 1369

Xalq artisti Emin Ağalarov İtaliyanın opera və estrada ifaçısı Alessandro Safina ilə əfsanəvi ulduz Müslüm Maqomayevin “Mavi sonsuzluq” mahnısını italyan və rus dilində səsləndirib.

“Qafqazibfo” xəbər verir ki, onların bu layihəsi musiqisi M.Maqomayevə, sözləri Qennadiy Kozlovskiyə aid olan əsərin bu il 50 yaşı tamam olması münasibəti ilə ərsəyə gəlib. 

Alessandro Safina mahnını ilk dəfə taksidə olarkən radioda eşitdiyini və həmin vaxt sözügedən bəstəyə vurulduğunu açıqlayıb.

Opera ifaçısı ötən il “Jara” beynəlxalq musiqi festivalında bəstəni doğma dilinə tərcümə edərək səsləndirib, daha sonra Emin Ağalarov A.Safinaya “Mavi sonsuzluğ”u iki dildə səsləndirməyi təklif edib.