“Emin Ağalarovla sürpriz hazırlayırıq” - Vera

emin-agalarovla-surpriz-hazirlayiriq
Oxunma sayı: 2214

Tanınmış rusiyalı müğənni Vera Brejneva Bakıda “Nömrə 1” adlı konsert proqramı ilə çıxış edib.

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, ifaçı axşamkı konsertə xüsusi hazırlaşdığını bildirib: “Burada olmaq çox xoşdur”.
 
Populyar müğənni həmçinin bildirib ki, həmkarı Emin Ağalarovla birgə sürpriz hazırlayır: “Biz Eminlə sürpriz hazırlayırıq. Amma bu, hələ layihə deyil. Hələ ki, Eminlə oturub ətraflı söhbət etmək üçün vaxt tapa bilməmişik. Hər halda, 27 iyulda “Jara” Festivalında iştirak edəcəyəm. Eminlə sürprizi də məhz orada təqdim edəcəyik”.
 
Qeyd edək ki, Vera Brejneva Azərbaycana "Baku Shopping Festival" çərçivəsində gəlib.