Emin ilk dəfə Gürcüstanda konsert verdi - Fotolar

emin-ilk-defe-gurcustanda-konsert-verdi
Oxunma sayı: 1471

Azərbaycanın Xalq Artisti, sevilən bəstəkar-müğənni EMIN iyunun 1-də ilk dəfə Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Gürcüstan Dövlət Filarmoniyasında keçirilən konsertdə gənc müğənni tamaşaçıları gürcü dilində salamlayıb, Tbilisidə solo konsert proqramı ilə çıxış etməkdən məmnun qaldığını bildirib. Emin Gürcüstanı, xüsusən paytaxt Tbilisini çox sevdiyini vurğulayıb.

Gənc müğənni Rusiya və dünya bəstəkarlarının kompozisiyaları ilə yanaşı, öz bəstələrini və hit mahnıları da ifa edib. Onun çıxışı sürəkli alqışlarla qarşılanıb.

Konsertdə müğənnini öz orkestri müşayiət edib.

Gürcüstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, azərbaycanlı gənclər konsertdə olublar.