Emin Milli həbsdə qaldı

emin-milli-hebsde-qaldi
Oxunma sayı: 657

Onlar Nəsimi rayon məhkəməsinin qərarından şikayət vermişdilər.
Apelyasiya Məhkəməsi onların barəsində çıxarılmış 15 və 13 sutkalıq həbsi qüvvədə saxlayıb.

Emin Milli AzadlıqRadiosuna deyib:
“Mən hakimi Azərbaycan Konstitusiyasına, Azərbaycan qanunlarına hörmət etməyə çağırdım. Hakimin yadına saldım ki, “Maqnitski aktı” var, bir çox ölkələrdə hakimiyyət dəyişir. Bu qanunlara, Konstitusiyaya hörmət etməyən insanlar gün gələcək qanun qarşısında cavab verəcəklər. Ancaq hakim qərarı qüvvədə saxladı”.

Rüfət Abdullayev isə bunları deyib: “Mən aksiyada iştirak etməmişəm. Mənim işimlə bağlı yalançı şahidlər, polislər ifadə verib. Harada saxlanılmağımla bağlı şahidlərin ziddiyyətli ifadələrinə baxmayaraq, hakim onların dediklərini əsas tutdu”.

Emin Milli və Rüfət Abdullayev yanvarın 26-da Bakıda İsmayıllı hadisələrinə dəstək məqsədi ilə keçirilən aksiyaya görə saxlanıblar.

Həmin aksiyaya görə məhkəmə 5 nəfər barəsində sutkalıq həbs cəzası, 20 nəfərin isə cərimə edilməsi haqqında qərar çıxarıb.