Emin Nabranda ayağını itirən uşaqdan yazdı - - Foto

emin-nabranda-ayagini-itiren-usaqdan-yazdi-
Oxunma sayı: 4793


"Qafqazinfo" xəbər verir ki, Emin instagramda İmranla bağlı fikirlərini bölüşüb:

“Dostlar, ilk növbədə İmrana sağlamlıq, valideynləri və yaxınlarına isə belə dərdə dözməkləri üçün güc arzulayıram. Vurğulamaq istərdim ki, bu faciəyə reaksiya verən təkcə mən olmadım. Bu hadisə barədə bu gün səhər İnstagramda öyrəndim. İmranın xalası ilə əlaqə saxladım və lazım olan vəsaitin yarısının artıq həmvətənlərimiz tərəfindən toplandığını öyrəndim.  İyulun 11-də Bakıda verdiyim xeyriyyə konsertindən toplanan vəsait isə bu gün təcili şəkildə onlara çatdırılıb. Lakin mənə məlum oldu ki, dövlət digər təşkilatı məsələlərin həllini artıq öz üzərinə götürüb. Bir daha qeyd edirəm ki, bu, bizim ümumi köməyimizdir və biz hamımız ümid edirik ki, toplanan vəsait  körpəyə həqiqətən də kömək edəcək”.