“Emin Polad Bülbüloğlunun şərtlərini devirdi” - Kirkorov

emin-polad-bulbuloglunun-sertlerini-devirdi
Oxunma sayı: 5249

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Jara” musiqi festivalının açılışı olacaq. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında məşhur pop-ulduz Filip Kirkorov da iştirak edir. 

Jurnalistlərin suallarını cavablandıran Kirkorov Yunanıstanda baş verən dəhşətli meşə yanğınları haqda da danışıb: “Buna görə də kədərliyəm. Onlara başsağlığı verirəm.
 
Usaqlarım orada idi. Amma yanan yer Afinadan kənardır. Yunanıstana, oradan da Bolqarıstana gedəcəyəm və yeni klipimi çəkəcəyəm. Sabah da “Jara” filminə çəkiləcəm. Qriqorinin gördüyü iş həmişə mənə zövq verir. Mən risk etməzdim, amma Leps bunu bacarır. Onun bir mahnısını oxumuşam”.

Kirkorov Polad Bülbüloğlu ilə bağlı maraqlı bir açıqlama da verib:

“Polad Bülbüloğlu o vaxtlar Azərbaycana gəlməyimə mane olurdu. Amma Emin onun qoyduğu şərtləri devirdi. Aygün Kazımova 15 il əvvəl mənim bura gəlməyim üçün mübarizə aparırdı. Çox istəyirdi ki, Bakıya gəlim. Ona dostluğuna görə təşəkkür edirəm. Təəsüf ki, onunla görüşə bilməyəcəm. Fərqli günlərdə səhnəyə çıxacağıq”.