Emin rus ulduzlara mükafat verdi - Fotolar

emin-rus-ulduzlara-mukafat-verdi
Oxunma sayı: 1819

Ötən gün Moskvada “Jara” musiqi mükafatları mərasimi baş tutub. “Qafqazinfo” xəbər verir ki, Xalq artisti Emin Ağalarov, Qriqori Leps və Serqey Kojevnikovun təşkilatçılığı ilə keçirilən tədbir “Crocus City Hall”da reallaşıb. 

Mərasimdə Filipp Kirkorov, Valeriya, Ani Lorak, Olqa Buzova, Slava, Dima Bilan, Aleksey Çumakov, Dakota kimi məşhur simalar iştirak edib. Xalq artisti Emin Ağalarov isə tədbirə oğlu Əli ilə birgə qatılıb. 

Əvvəlcə ulduzlar ənənəvi olaraq xalça üzərinə çıxıblar, kameralara poza veriblər.  Daha sonra mükafatlar öz sahiblərinə təqdim olunub. 

Gecədə Xalq artisti Filipp Kirkorov “Цвет настроения синий” layihəsi ilə “Ən yaxşı klip”, Sergey Lazerev “Ən yaxşı kişi müğənni”, Svetlana Loboda “Ən yaxşı qadın müğənni”, Artik və Asti “Ən yaxşı qrup”, “Dima Bilan “Молния” əsəri ilə “Ən yaxşı mahnı”, Mari Kraymbreri “Ən yaxşı albom”, Rauf və Faiq qardaşları “İlin partlayışı”, Ani Lorak “Ən yaxşı konsert” nominasiyaları üzrə mükafata layiq görülüblər. 

Mərasimdə xüsusi mükafat - “Hip-hop əfsanəsi” təsis edilib və mərhum reper Detsl ləqəbi ilə tanınan Kiril Tomatskiyin ailə üzvlərinə təqdim olunub.