Əminə ilə Mustafa barışdı

Əminə ilə Mustafa barışdı
Oxunma sayı: 1449

Türkiyənin iki məşhur siması- Mustafa və Əminə Sandal barışıb. “Qafqazinfo” xəbər verir ki, boşanmaqları barədə xəbər yayılan Sandal ailəsi tətil üçün Avstriyaya gedib. 

Bir müddət əvvəl evi tərk edən Mustafa serbiyalı həyat yoldaşı ilə barışmaq qərarına gəlib. Hətta, Serbiyanın məşhur “Gloria” jurnalı cütlük barədə xəbər dərc edib. 

Dərgi qeyd edib ki, cütlük evliliklərinin 10 illiyini Londonda qeyd ediblər:

“Boşanmaqları barədə xəbərlər dərc edilir, lakin Əminə Jahoviç bir neçə gün bundan əvvəl türk pop ulduzu Mustafa Sandal ilə 10 illiklərini qeyd ediblər”. 

Bundan başqa, Əminə Sandal jurnala üçüncü dəfə ana olmaq istədiyini bildirib: “Yaman və Yavuz adlı iki oğlum var. Üçünücünün qız olmasını istəyirəm”. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi