Əminə son qərarını verdi - Boşanır

emine-son-qerarini-verdi
Oxunma sayı: 3709

Türkiyənin məşhur pop ulduzu Mustafa Sandalın müğənni xanımı Əminə Sandal boşanmaq üçün vəkilə müraciət edib.  Bu barədə “Duymayan kalmasın”verilişində məlumat verilib. 

“Qafqazinfo” xəbər verir ki, Ə. Sandal və anası Senija Jahoviç 4 gün bundan əvvəl restoranların birində vəkillə görüşüb. 

Mustafanın xanımı boşanmaq barədə protokola imza atıb. Həmin an kameralarda əks olunub və görüntülər sözügedən proqramda yayımlanıb. 

Qeyd edək ki, Əminə və Mustafa dəfələrlə  boşanmaları barədə yayılan xəbərləri təkzib etmişdilər.