“Əminəm ki, bizim birgə səylərimiz...” - Əliyevdən Putinə məktub

“Əminəm ki, bizim birgə səylərimiz...”
Oxunma sayı: 1544

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir: 

“Hörmətli Vladimir Vladimiroviç.
 
Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
 
Dost Rusiya bu gün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələlərini uğurla həll edir. Rusiya beynəlxalq arenada fəal rol oynayır.
 
Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə səmərəli əməkdaşlığını və sıx qarşılıqlı fəaliyyətini əyani şəkildə əks etdirən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.
 
Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da ənənəvi sıx dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın və ölkələrimizin mənafeyi naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək.
 
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün rusiyalılara isə sülh və firavanlıq diləyirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi