Əminənin yaşaması üçün...

eminenin-yasamasi-ucun
Oxunma sayı: 3197

“Əkiz qızlarım var. Biri talassemiya xəstəsidir. Onun təcili əməliyyata ehtiyacı var”.

Bunu “Qafqazinfo”ya Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən yataqxanada məskunlaşan Sadəgül Paşayeva deyib. 4 yaşlı qızı Əminə Paşazadənin Bakı Talessimiya Mərkəzində qeydiyyatda olduğunu qeyd edib. Mütəmadi olaraq qızının müalicə aldığını deyən S. Paşayeva onun yaşaması üçün ilik köçürülməsinin vacib olduğunu bildirib: “Azərbaycanda hələ ki, ilik köçürülməsi əməliyyatı yoxdur. Xarici ölkələrdə isə bu əməliyyatın qiyməti 100 min dollar civarındadır. Amma bizim ailənin buna maddi imkanı çatmır”. 

S. Paşayeva bildirib ki, ana olaraq qızının əməliyyatı üçün sosial kampaniya başladıb, yardımsevər insanların dəstəyinə ümid edir: “Bir il əvvələ qədər Əminənin sağlamlığını müalicə ilə qorumaq mümkün idi. Amma artıq böyüdükcə qan kəskin şəkildə düşür. Ayda 1 və ya 2 dəfə qan köçürmək lazım olur. Mən aidiyyatlı qurumlara Azərbaycanda ilik donorlar birliyinin yaradılması, bu əməliyyatın ölkəmizə də gətirilməsi üçün müraciətlər etmişəm. Çünki bu xəstəliyin daşıyıcısı təkcə mənim övladım deyil. Əgər bu əməliyyat Azərbaycanda da olsa, bu qədər vəsait və narahatlığa ehtiyac olmazdı. Amma indiki halda bu bizdə yoxdur və mən qızımın həytını xilas etmək istəyirəm. Bank hesabları açılıb və ümidim yalnız xalqımızadır”.

S. Paşayeva kampaniyanın lazım olan məbləğ toplanana qədər davam etdirmək niyyətində olduğunu qeyd edib. 

Yardım etmək istəyən şəxslər aşağıda qeyd etdiyimiz bank hesablarına vəsait köçürə bilərlər.