Eminin əkizləri üçün tikdirdiyi möhtəşəm villadan- - Fotolar

eminin-ekizleri-ucun-tikdirdiyi-mohtesem-villadan-
Oxunma sayı: 13425


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hər istirahət günləri Moskvadan Bakıya oğlanları Əli və  Mikayılı görmək üçün gələn müğənni uşaqları ilə daha rahat vaxt keçirmək üçün həmin sarayı tikdirdiyini deyir:

“Bizim ev, bir deyil, iki binadır və onlar güzgü kimi bir-birilərini təkrarlayır. Biz atamla bu layihəni Leylanın hamilə olduğunu  biləndə düşündük. Zamanla bu evlərin biri Əliyə, digəri Mikayıla qalacaq”

Ağalarov hər həftə oğlanlarıyla vaxt keçirmək üçün saraya gəldiyini deyir: “Əvvəl onlar həyat yoldaşımla Londonda yaşayırdılar, lakin bu il məktəbə getdilər və doğma şəhərim Bakıda məskunlaşdılar. Bəli, mən hər gün onlarla olmuram, lakin gələndə çalışıram bunu kompensasiya edim. Telefonu söndürür və soruşuram: “Bu gün biz nə edəcəyik?” Və onlar əmr verirlər: “Əvvəlcə dizayner, sonra futbol”. Bəzən sərtlik göstərmək də lazım gəlir. Bir dəfə Mikayıl mənə dedi: “Bax, sən bizi həmişə cəzalandırırsan, biz də səni cəzalandıracağıq!” Mən təəccübləndim: “Kim məni cəzalandıracaq?” –“Babam” dedi. Onun babası Azərbaycan prezidenti İlham Əliyevdir. Görürsünüz, belə bir sınaqla mən necə təhlükəli situasiyadayam. (gülür)